İRNA müxbirinin verdiyi məlumata görə, Amerikanın “Associated Press” Xəbər Agentliyi cümə axşamı 17 avqust təhlilində yazıb: “Hüseyn Əmir Abdullahiyanın səfəri həm Səudiyyə Ərəbistanı, həm də İranın ölkələri arasında gərginliyi azaltmağa çalışdığı bir vaxtda baş verir. İki ölkə uzun müddətdir ki, bütün Yaxın Şərqdə bir-birini əsas rəqib hesab edir. Bununla belə, xüsusilə İranın irəliləyən nüvə proqramı, Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsi və regionun su yollarında təhlükəsizliklə bağlı problemlər qalmaqdadır.
Əmir Abdullahiyanın Ər-Riyada səfəri iki ölkənin Tehran və Ər-Riyaddakı səfirliklərinin yenidən açılması ilə bir vaxtda baş verir. Bu səfərdə İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri Əlirza İnayəti də bu ölkənin Xarici İşlər nazirinin yanındadır.
Səudiyyə Ərəbistanına rəsmi səfər edən sonuncu İran Xarici İşlər naziri 2015-ci ildə Kral Abdullahın vəfatı ilə əlaqədar Ər-Riyada səfər edən Məhəmməd Cavad Zərif olub.
2016-cı ildə nümayişçilərin İrandakı diplomatik mərkəzlərinə hücumundan sonra Səudiyyə Ərəbistanı Tehranla münasibətlərini kəsdi. Bu etirazlardan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı 46 nəfərlə birlikdə tanınmış şiə ruhanisini edam etmişdi və bu hərəkət İranda etirazlara səbəb olmuşdu.
Qeyd olunan hadisələrdən sonra o zaman müavin vəzifəsində çalışan Məhəmməd bin Salman hakimiyyətə gəlmə prosesinə başladı. O, bundan əvvəl İran rəsmilərini nasist Almaniyasının Adolf Hitleri ilə müqayisə etmiş və İranı hücumla hədələmişdi.
Bu gərginliklər arasında 2018-ci ildə ABŞ İranın dünya gücləri ilə nüvə sazişindən birtərəfli qaydada çıxdı. Bundan sonra İran 2019-cu ildə Səudiyyə Ərəbistanının neft sənayesinin qəlbinə hücum da daxil olmaqla, bir sıra hücumlarda ittiham edildi. Bu hücum Səudiyyə Ərəbistanının xam neft hasilatını müvəqqəti olaraq yarıya endirdi.
Gərginlikdə məzhəb də əsas rol oynayır. Allah Evinin və ya Kəbənin yerləşdiyi, müsəlmanların gündə beş vaxt onun səmtinə üz tutaraq namaz qıldığı Səudiyyə Ərəbistanı özünü dünyanın aparıcı sünni ölkəsi kimi təqdim edir. Eyni zamanda İran dini hökuməti özünü şiə müsəlmanlarının tərəfdarı bilir.
Lakin koronovirus epidemiyası və ABŞ-ın Əfqanıstandan gərgin şəkildə çıxarılmasından sonra Səudiyyə Ərəbistanı da daxil olmaqla Fars körfəzinin ərəb ölkələri İranla münasibətləri necə idarə edəcəklərini yenidən nəzərdən keçirdilər. Mart ayında Səudiyyə Ərəbistanı və İran diplomatik münasibətləri bərpa etmək üçün Çinin vasitəçiliyi ilə razılığa gəldilər.
Yəməndə müharibə davam edir, baxmayaraq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hücumlar ölkənin münaqişədən çəkilmək səyləri fonunda azalıb. Bu arada İranın dəstəklədiyi husilər (Ənsarullah) bir neçə ildir ki, Yəmənin paytaxtı Sənada hökmranlıq etməkdə davam edir.”
Sizin rəyiniz